Saçları gücləndirməyin TƏBİİ YOLU: şampunun içinə qatmaq kifayətdir

Şampunlar adətən saçları təmizləmək üçün istifadə edilir. Həm təmizləyib, həm də qulluq edən kosmetik vasitələr isə olduqca bahalıdır. Ailem.az tərkibində bir çox kimyəvi maddə olan bu xüsusi vasitələr yerinə evdə özünüzün hazırlaya biləcəyiniz faydalı şampun reseptini təqdim edir.


Sarımsaq tərkibində olan alicin birləşməsi sayəsində saçları qidalandırıb gücləndirir. Bir az pis qoxuya rəğmən bu qoxunu istehsal edən birləşmələr saçlar üçün olduqca əhəmiyyətli olan sülfür və keratindir. 

 

Aparılan araşdırmalara görə, süddə olan proteinlər saçlarda olan birləşmələri aktiv hala gətirir. Həm qidalandırıb, həm də yumşaldan süd sarımsaq ilə birləşdiyində saçlarımıza inanılmaz bir təsir göstərir.

 

Hazırlanması və istifadəsi

 

2-3 ədəd sarımsağı əzib 1 stəkan südün içinə əlavə edin. Şampun və süd sarımsaq qoxusunun qarşısını alacaq. Saçınızı yuyan zaman şampunla süd-sarımsaq qarışımından eyni ölçüdə götürüb qarışdırın və yuyun. Bu qarışım sayəsində saç kökləriniz və uclarınız qidalanıb güclü və daha parlaq olacaq.

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017