Heyva sevərlərə xüsusi şirniyyat RESEPTİ

Qışda ən çox sevilən şirniyyatlar arasında heyva şirniyyatı xüsusi yer tutur. Ailem.az sizə ləzzətli heyva şirniyyatının reseptini təqdim edir.

 

Lazım olanlar:

 

5 ədəd heyva

1 stəkan yarım şəkər tozu
4 ədəd mixək
1 ədəd çubuq darçın
2 stəkan su

 

Hazırlanması:

 

Əvvəlcə heyvaları yuyun. Qabıqlarını soyub ortadan iki yerə bölün və dənələrini çıxarın. Ortasını oyun, amma atmayın. Bir ləyəndə heyvaların boyunu keçməyəcək qədər su tökün və 15-20 dəqiqə qaynadın. Qaynatdığınız heyvaları dərin bir soba qabına yığıb, üzərinə şəkər tozu, darçın, mixək və suyu əlavə edib, əvvəlcədən isidilmiş 150 dərəcəlik sobada 25-30 dəqiqə bişirin. Yumşalan heyvaları sobadan çıxarıb, qaymaq və ya fındıqla servis edə bilərsiniz.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018