Bu da 2017-ci ilin “Kainat gözəli” - FOTOSESSİYA

2017-ci ilin “Kainat gözəli” yarışmasının qalibi məlum olub. Bu ada Cənubi Afrika Respublikasının təmsilçisi 22 yaşlı Demi-Li Nel-Piters layiq görülüb. 

 

Ailem.az-ın məlumatına görə, ABŞ-ın Las-Veqas şəhərində keçirilən yarışmada 92 nəfər mübarizə aparıb.

90 ölkədə yayımlanan müsabiqəni milyonlarla tamaşçı izləyib.
 

Müsabiqədə ikinci yerə yamaykalı Daivna Bennet, üçüncü yerə kolumbiyalı Laura Qonzales çıxıb. 


66-cı dəfə təşkil edilən “Kainat gözəli” yarışmasının qalibi Nel-Pitersin tacını 2016-cı ilin qalibi İris Mittenaera taxıb. Tac təqdim olunarkən qalib göz yaşlarını saxlaya bilməyib. 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018