Niyə hamilələr təbii doğuşa üstünlük verməlidir? - GİNEKOLOQ RƏYİ

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da qeysər kəsiyi ilə doğuşların sayı xeyli artıb. Belə ki, 2000-ci ildə qeysər kəsiyi ilə doğuşun sayı 3017 olduğu halda, indi bu rəqəm fantastik şəkildə artaraq 150 mini keçib. Statistik rəqəmlərə əsasən:

 

2007-ci il - 11574
2008-ci il - 15646
2009-cu il - 19270
2010-cu il - 22746
2011-ci il - 25960
2012-ci il - 30794
2013-cü il - 28954
2014-cü il - 30561
2015-ci il - 45942
2016-cı il - 46555 qeysər kəsiyi ilə doğuş həyata keçirilib.
 

Ötən il isə Azərbaycanda 158 051 doğuş zamanı qadınlar operativ müdaxiləyə məruz qalıblar.

 

Amma mütəxəssislər təbii doğuşun həm körpənin, həm də qadının səhhəti üçün daha məqsədəuyğun olduğunu söyləyirlər.  

 

Ailem.az normal doğuşun üstünlükləri ilə bağlı ginekoloq Elnurə Əliyevanın fikirlərini təqdim edir. Həkim bildirir ki, qeysər kəsiyi ilə doğuş bir əməliyyatdır. Hər əməliyyatda olduğu kimi, əməliyyat əsnasında və sonrasında bəzi çətinliklərin ola biləcəyi istisna deyil: “Əlbəttə, normal doğuşun da müəyyən ağırlaşmalarının olması mümkündür. Normal doğuşun daha ağrılı olduğu inancı var. Amma sancı çəkmə mərhələsinin sonunda doğuş reallaşdığı andan etibarən hər şey normala dönür. Ana tam normal vəziyyətə qayıdır”.


E. Əliyeva normal doğuşun üstünlüklərini də diqqətə çatdırır: “Normal doğuş sayəsində körpəyə narkoz tətbiq edilmir. Ananın və körpənin xəstəxanadan ayrılması çox daha qısa bir zamanda olur. Ana normal həyatına çox daha tez dönür və körpəsi ilə daha çox maraqlama şansı tapır. Narkozun təsirindən çıxmaq kimi bir zərurət olmadığından körpəni əmizdirməyə daha sürətli başlaya bilir. Qeysər kəsiyi ilə doğuş edən qadınların tikişlərinin yaxşılaşma müddətini gözləmək lazımdır, amma normal doğuşda belə bir müddət heç yaşanmır. Doğuşdan sonra artıq kilolardan qurtulmaq normal doğuş edən qadınlarda daha sürətli olur, nəinki qeysər kəsiyi ilə doğan qadınlarda. Son qərar yenə sizindir, xanımlar".

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017