Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ

Mal və qoyun ciyəri həm ləzzətli, həm də sağlamlığa faydalı olması baxımından çox yeyilən bir qidadır. Amma onu bişirmək elə də asan deyil. Ləzzətli ciyər bişirmək üçün bəzi nüanslara diqqət etmək lazımdır. Ailem.az sizə dadlı və asan ciyər hazırlamanın bəzi məqamlarını diqqətinizə çatdırır.

 

Təzəliyi əhəmiyyətlidir

 

İlk olaraq ciyəri güvəndiyiniz bir qəssabdan alın. Diqqət edin ki, ciyər ən çox bir günlük olsun.

 

Mal ciyərini südlə marinə edin

 

Südlə marinə edilmiş mal ciyəri yumşaq və dadlı olacaq. Bunun üçün ciyəri bişirməzdən 1 və ya 2 saat əvvəl süddə saxlayın.

 

Damarlarını təmizləyin 

 

Ciyərdə olan damarları təmizləməyiniz məsləhətdir. Bunun üçün əlinizlə yoxlayın, sərt olan qismlərin damar olduğunu anlayıb təmizləyə bilərsiniz.

 

Suda saxlamayın

 

Əgər quzu ciyəri almısınızsa, suda saxlamağınız məsləhət deyil. Hətta yuyarkən belə, sudan azca keçirin, çünki ciyər suda çox qalsa dadsız və sərt olar.

 

Keşniş toxumu qatın

 

Ciyəri bişirərkən ona bir az keşniş toxumu qatın. Belə olduqda ciyərin ağır qoxusu tamamilə itəcək.

 

Quyruq yağı 

 

Ciyəri quyruq yağı ilə bişirmək ayrı bir ləzzətə sahib olmasını təmin edəcək. Tavada bişirəcəyiniz ciyərin üzərinə bir sıra quyruq yağı düzsəniz, dadından doymayacaqsınıız.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017