Şəhadət barmağı üzük barmağından daha uzundursa... - ƏL FALINIZA BAXIN

Ailem.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın barmaqların sirri haqda məqaləsini təqdim edir.

 

Barmaqlarınız sizin haqqınızda hər şeyi danışa bilər. Gizlətmək mənasızdır. Elm "əl falına" da baxa bilir.

Elm maraqlı bir məşğuliyyət, anlayış və çıraqdır.

 

Deyilənə görə, müasir insan Homo Sapiensin tarixi ən az 20 min ildir.

Bunun ən az 20 000 ilini insanlar müxtəlif rituallar, mədəniyyət obrazları və inancın formalaşması üçün sərf ediblər. Başqa iş-gücləri yox idi görəsən?

Əksinə. Aclıq çəkməmək üçün təsərrüfata başladılar, heyvanları əhliləşdirdilər; bir sözlə, təbiətlə danışmağı öyrəndilər. Bu fəaliyyət sırasında da təbiəti izah etməyə güclü ehtiyac yarandı. Onlar da izah etdilər. Çörək müqəddəsdir. İnsan öləndə ruhu aramızda gəzir. İldirımı hirslənmiş saqqallı kişi öz əsasından çıxarır və s.

 

İnsanlar mədəni cəhətdən formalaşdıqca (inkişaf etdikcə demirəm) daha cəsarətli və bacarıqlı oldular. Tutub piramida tikəcək səviyyəyə gəldilər.

 

Amma problemlər də çox idi. Həyat şirin, ömür qısa - doyunca ləzzət ala bilmirdin. Hələ bir də erkən ölüm yoxmu - adamı lap dəli edirmiş. Qızın birinə aşiq olursan, təzə qaçırıb evə aparırsan ki, qız tutub vərəmdən ölür, məsələn.

 

İnsanlıq cavab axtara-axtara düşünməyi öyrəndi.

 

İnsanlıq 20 000 il ancaq düşünməyi öyrəndi.

 

Düşünə-düşünə yazmağı öyrəndi.

 

Yaza-yaza daha çox məlumat yığdı.

 

Yığdıqca yığdı.

 

Axırda həyatın əslində, onun təsəvvüründə canlandırdığı kimi "sadə" olmadığını anladı.

 

Anlayan insan ruhdan düşmədi. Yığdığı bilgi dağarcığını təhlil etməyi öyrəndi.

Bu proses isə harasa 4 500 il çəkdi.

 

İnsan 4 500 il ancaq təhlil etməyi öyrəndi.

 

Öyrəndi.....və elmi metodika yarandı. Bir ilə yaranmadı. Heç yüz ilə də yaranmadı. Tədricən, səhvlərini də təhlil edərək, minlərlə qurban verərək elmi metodikanı inkişaf etdirdi.

 

Yalçın İslamzadənin söylədiyi bir fikir var: "Elm Qalileo Qaliley ilə başlayır".

 

Əvvəllər Aristoteldən başlayır deyə düşünürdüm. İndi Yalçın bəylə razılaşıram.

 

Elmi metodika bir az mürəkkəb olsa da, qaydaları sadədir. Sizi uzun-uzadı danışıb yormayacam.

 

Alimlər gözbağlayıcılardan nə ilə fərqlənirlər?

 

Gözbağlayıcılar sizə bir "fokus" göstərir və bunu özlərinin "vergili" olmaları ilə izah edirlər. Alimlər də sizə "fokus" göstərir, amma bunu təbiət qanunları ilə izah edirlər.

Birinci davranış modeli sadəcə möhtəkirlik və şarlatanlıqdır. Məsələn, sizin ovucunuz. Öz ovcunuzun şəklini çəkin və bu işlə məşğul olan bir alimə göstərin. Sizin həyat şəcərənizi oxuyacaq. Amma bu, əl falı deyil. Rasional izahı var. Sağ və ya sol əlinizin işarət və üzük barmaqlarını ovucdan başladığı yerdən xətkeş ilə ölçün. Şəhadət barmağı üzük barmağından uzundursa, siz, böyük ehtimalla kişi cinsindənsiniz.

Pahooo.... "Fokusa bax" deyirsiniz yəqin.

Yooooo...

Sizin öz cinsinizi necə hiss etməyinizdən tutmuş, nə ilə xəstələnəcəyinizi, çəkinizi və s. sadəcə "Şəhadət barmağı uzunluğu/Üzük barmağı uzunluğu" nisbəti ilə (2D:4D) bilmək olar.

Məsələn, bir kişidə üzük barmağı şəhadət barmağından uzundursa:

 

- Prostat xərçəngi riski yüksəkdir
- Qadınlara daha çox maraq göstərir
- Alkoqolizm riski daha yüksəkdir
- Daha aqressivdir
- İdmanda daha başarılıdır
- Qeyri-ənənəvi cinsi oriyentasiya hallarında isə sadəcə homoseksual kişilərdə bu nisbət biseksuallara görə kişi ortalamasına daha yaxındır. Bir növ, biseksuallar daha çox qadınlara yaxın nisbət göstərirlər.

 

Bir kişidə şəhadət barmağı üzük barmağından daha uzundursa:

 

- Sperm dəyərləri daha zəifdir
- Ürək xəstəlikləri, piylənmə riski daha çoxdur
- Prostat xərçəngi riski daha azdır
- Daha az kompüter oyunları oynayırlar
- Daha çox depressiyaya girirlər
- Daha çox şizofreniya ilə xəstələnirlər
- İmtahanlarda daha başarılıdırlar
- Çox vaxt bir qadınla münasibət qururlar
- Qeyri-adi şeylərə, ekstrasenslərə və fala daha çox inanırlar

 

Bir qadında üzük barmağı şəhadət barmağından daha uzundursa:

 

- Ana bətnində daha yavaş inkişaf edirlər
- Alkoqolizm riski daha yüksəkdir
- İdmanda daha başarılıdır
- Yazı xətti daha çox kişilərdə olduğu kimidir
- Lezbiyan qadınlarda bu nisbət əksər hallarda kişilərdə olduğu kimidir.

 

Bir qadında şəhadət barmağı üzük barmağından daha uzundursa:

- Daha çox uşaq dünyaya gətirə bilərlər
- İybilmə, qoxu və görmə qabiliyyətləri daha yüksəkdir
- Daha çox tək partyorla yaşayırlar.

 

İnsan barmaqlarının uzunluğunun əslində insanın ÖZ hormonları ilə əlaqəsi azdır.

İnsan barmaqlarının uzunluğunun o insanın anasının ona hamilə ikən 13-cü həftədə bədənindəki testosteron/estrogen nisbəti ilə əlaqəsi var. Bu fakt elmi olaraq on illərdir dəfələrlə təsdiq edilib.

Bu fakt təkcə insanda deyil, bütün məməlilərdə müşahidə edilir.

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017