Qışda dərini nəmləndirmək üçün MASKA

Qış aylarında dəri daha çox quruyur. Bu isə üzdə narahatlıqlara, onun çatlamasına, dartılmasına səbəb olur. Bəs qış aylarında quruyan dəriyə necə qulluq etmək lazımdır? Ailem.az bununla bağlı sizə faydalı nəm maskasının reseptini təqdim edir.

 

Lazım olanlar:

 

1 ədəd yumurta

1 çay qaşığı təbii bal


1 çay qaşığı limon

 

Hazırlanması:

 

Uyğun bir kasanın içərisinə yumurtanı qırıb, üstünə bir çay qaşığı balı və bir çay qaşığı təzə sıxılmış limonu əlavə edib, taxta qaşıqla qarışdırın. Dərinizə sürtün və qurumasını gözləyin. Dəridə tamamilə quruduqdan sonra maskanı ilıq su ilə təmizləyə bilərsiniz.

Bal dərinizi nəmləndirəcək, yumurta enerji verəcək, limon isə dərinizin parıldamasına kömək edəcək.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018