Mərciməkli qovurmalı şorbanın HAZIRLANMA QAYDASI

Havaların soyuması ilə əlaqədar mətbəxlərdə duru xörəklərin bişirilməsinə üstünlük verilir. Amma hər dəfə eyni xörəyi yemək də istəmirik. Ailem.az sizə fərqli bir resept təqdim edir - mərciməkli qovurmalı şorba.

 

Lazım olanlar:

 

1 xörək qaşığı kərə yağı

250 qram qovurma
4-5 ədəd kiçik soğan

1 stəkan qırmızı mərcimək
1 stəkan düyü

6 stəkan su

Duz

 

Hazırlanması:

 

Qovurmanı kərə yağı ilə birlikdə qazanda qovurun. Kiçik soğanları təmizləyin və bütöv qazana qoyun. Soğanlar yumşalmağa başlayanda mərciməyi, düyünü və suyu əlavə edin. Ərzaqlar yaxşıca əzilənə qədər bişirin. Ən sonda isə duz vurun.

 

Nuş olsun!

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017