“Hörümçək adam” Bakı səhnəsində - AFİŞA

Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, sürprizlərlə dolu maraqlı Yeni il tamaşası ilə qarşılayacaq. Bu dəfə teatr uşaqların görüşünə Sten Linin “Hörümçək adam” tamaşası ilə gələcək.

 

Teatrın mətbuat xidmətindən Ailem.az-a verilən məlumata görə, Yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olmaqla yanaşı, sürprizlərlə zəngin əyləncəli bayram proqramı kiçik yaşlı tamaşaçılarımızda böyük maraq yaradacaq. Bundan başqa hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qızdan maraqlı Yeni il hədiyyəsi, bol əyləncəli oyunlar da gözləyir. 

 

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva və başqaları ifa edəcəklər.

 

Tamaşanın premyerası dekabrın 29-da saat 12:00, 14:00, 16:00-da baş tutacaq. Yeni il proqramı 29 dekabr - 7 yanvar tarixlərinədək davam edəcək. 

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017