Süd məhsulları soyuducuda belə saxlanmalıdır - DÜZGÜN QAYDALAR

Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar. Ailem.az sizə süd məhsullarını soyuducuda saxlamağın düzgün qaydalarını təqdim edir.

 

Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.

Məhsullarınızın soyuducuda düzülüşünə də diqqət etməlisiniz. Axan qidaları daha diqqətlə mühafizə etməli, hər hansı bir ehtimala qarşı isə ən altda saxlamalısınız. Böyük ölçüdə aldığınız süd məhsullarını örtüyündən çıxararaq mühafizə edin.

 

Süd

 

Südü otaq istiliyində qətiyyən saxlamayın. Ağzı açılmış paket südlər soyuducunuzda ən çox 2-3 gün qalmalıdır. Əgər qutu açılmayıbsa, son istifadə tarixinə qədər saxlaya bilərsiniz.

 

Pendir


Açıldıqdan sonra sellofana bükərək mühafizə edə bilərsiniz. Bütün pendir növlərini fərqli qablarda saxlayaraq ömürlərini uzada bilərsiniz.

 

Qatıq

 

Mümkün olduqca qısa zamanda yeyilməli olan qatıq soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.

 

Kərə yağı

 

Kərə yağı digər süd məhsullarına nisbətən daha uzun müddət istifadə edə biləcəyiniz bir qidadır. Adətən şüşə və plastik maddə tərkibi olmayan qablarda mühafizə edilir.

 

Qaymaq

 

Qaymağı da qatıq kimi mümkün qədər tez müddətdə yeyib qurtarmaq lazımdır. Soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017