Rəqqasə Oksana yarpaqlardan hazırlanmış geyimdə - FOTOSESSİYA

Modelyer Şəlalə Maqsudova yenə də fərqli layihəsi ilə seçilməyi bacarıb. Bu dəfə xanım modelyer təbii payız yarpaqlarından istifadə edərək maraqlı bir iş ortaya qoyub.

“Payız mələyi” adlanan layihədə maniken obrazında rəqqasə Oksana Rəsulova çıxış edib. Layihədə vizajist Nura Babayeva, fotoqraf Araz Bağırovdır.

 

Modelyer Ailem.az-a bildirib ki, yarpaqlardan geyimi 5 il qabaq maniken üzərində yığıb, indi isə onu canlı olaraq hazırlayıb modelə geyindirib: “Yeni layihəmdə mənimlə olan hər kəsə təşəkkür edirəm. Oksanaya bunu təklif edəndə dedi, sənin hər işinə inanıram. Qırmadı və anında razılaşdı, çox sağ olsun. Gördüyünüz bu paltarda bütün yarpaqlar bir-bir əllə yığılıb, yarpaqlar da xüsusi yarpaqlardır ki, tikişə gəlsin, nəmli olsun. Səhərdən gecə saatlarına qədər bunun üzərində tək işlədim və dayandım. Gecə qurtarandan sonra da bu yarpaqları nəmləyib qatlayıb qoydum ki, sabahkı çəkilişə qədər yarpaqlar qurumasın. Həqiqətən də çox əziyyətli idi, amma bu işdən zövq alıram. Əlbəttə ki, burada heç bir maddiyyat əldə etmirəm. Həqiqətən də bu işləri ortaya çıxarmaq çox zəhmət tələb edir, həm də bütün xərci öz cibimdən qoyuram, mən pul götürmürəm, pul qoyuram. Sadəcə sənətimi dəlicəsinə sevirəm. Hər günüm, hər saniyəmin boşuna keçməsini istəmirəm. Hər dəqiqəm mənim üçün qızıldır, iz qoymaq və özümü təsdiqlətmək istəyirəm”.

 

 

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017