Bakıda hemofiliyalı xəstə üzərində riskli əməliyyat aparıldı: "...artıq gəzir"

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti riskli və uğurlu əməliyyata imza atıblar.

 

Bu haqda Ailem.az-a klinikanın ortopediya və travmatologiya şöbəsinin müdiri, assistent, tibb üzrə fəlsəfə doktoru Cəfər Nəsirli məlumat verib. Onun sözlərinə görə, 50 yaşlı A tip hemofiliyalı kişi xəstə sağ diz oynağının artrozu diaqnozu ilə klinikaya müraciət edib: “Məlum olub ki, bundan əvvəl həmin pasiyent Almaniyada əməliyyat olunub. Lakin əməliyyat uğursuz alınıb. Xəstənin diz oynağı “sementlənərək dondurulub”. Bundan sonra xəstənin ayağı normal hərəkət etməyib. Bu nəticəni gördükdən sonra xəstə bizim klinikaya müraciət edib. Biz xəstənin sağ diz oynağının reviziyon endoprotezləşdirilməsi cərrahi əməliyyatını icra etdik. Pasiyent hemofiliya xəstəsi olduğundan belə bir əməliyyatın aparılması daha çox riskli idi. Çünki əməliyyat zamanı qanaxma da ola bilərdi. Lakin həkimlərimiz bu ağır əməliyyatın öhdəsindən müvəffəqiyyətlə gəldilər”.

 

Qeyd edək ki, bundan əvvəl C.Nəsirli həmin xəstənin sol dizinə süni oynaq köçürülməsi icra edib. Bu dəfə daha geniş əməliyyat xəstənin sağ dizində uğurla keçirilib. Əməliyyat 4 saat davam edib. Əməliyyatın riskli olmasına baxmayaraq, uğurla aparılıb. Xəstə artıq əməliyyatdan 1 həftə sonra ayağa durub gəzə bilir.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017