Məşhur serialın qəhrəmanları 19 il sonra - FOTO

1998-99-cu illərdə yayımlanan "Vəhşi gözəl" serialının baş qəhrəmanları Fakundo Arana və Nataliya Oreironun yeni fotoları yayılıb.
 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir vaxtlar Azərbaycanda da sevilən ekran işi Argentina istehsalı olan "TeLefe" kompaniyasının məhsulu idi.
 

60-dan çox ölkədə yayımlanan serialın baş rol ifaçılarının illər sonrakı fotolarını təqdim edirik.
 

Fakunda Arana – “İvo” obrazı. Hazırda 43 yaşı olan aktyor model Maria Susini ilə evlidir. Cütlüyün 3 övladı var.
 

Uruqvaylı aktrisa Nataliya Oreiro – 40 yaşlı Nataliya musiqiçi Rikardo Mollo ilə ailə qurub. Onların bir oğlu var.

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018