Epidural, yoxsa spinal... - Qeysəriyyədə hansı narkoz uşağa zərərsizdir?

Hamilə qadınları 9 ay sonuna kimi düşündürən əsas suallardan biri hansı doğuş növünü seçəcəyidir. Mütəxəssislər təbii ki, heç bir göstəriş olmasa təbii doğuşu məsləhət bilirlər. 

 

Ancaq bəzi məqamlarda isə qeysəriyyəyə göstəriş verilir. Qeysəriyyə əməliyyatı ümumi narkoz ilə xəstə yatızdırılaraq və ya beldən aşağı uyuşdurularaq iki formada edilir.

Beldən aşağısını uyuşdurmağın özü də iki növə bölünür: Spinal və epidural narkoz. 

 

Bəs hansı daha faydalıdır?

 

Ailem.az medicina.az-a istinadən bildirir ki, spinal ve epidural narkozda xəstənin şüuru açıq olur, sadəcə beldən aşağısı və ayaqlar uyuşur. Qeysəriyyədə həm spinal, həm də epidural, hətta bəzən ikisi birdən tətbiq olunur. Normal doğumda isə sadəcə epidural narkoz tətbiq edilir (ağrısız doğum üçün). Spinal narkoz normal doğumda tətbiq edilmir. Bu üsulların hər biri narkoz mütəxəssisləri tərəfindən tətbiq edilir. 

 

Xəstə oturaq halda və ya yan yatmış formada uzanaraq incə iynə ilə beldən vurulur və 1-2 dəqiqə kimi qısa müddətdə narkoz tətbiq edilir.

Bu üsulun ümumi narkozdan fərqi budur ki, körpəyə heç bir dərman təsir etmir və əməliyyat uzun çəksə də, uşağa zərəri dəymir.  

Normal doğum zamanı istifadə edilən epidural narkozda daha az dərman verilir. Bunun sayəsində ana doğum ərəfəsində ayaqlarını hərəkət etdirir, amma qeysəriyyə zamanı isə ayaqlarını hərəkət etdirə bilməz.

 

Spinal və epidural narkozun fərqi nədir?

 

Hər ikisində beldən aşağıya iynə vasitəsilə dərman verilir. Yalnız spinal narkozda dərman onurğa ətrafındakı incə hissəyə keçərək içəridə yerləşən mayenin içinə verilir. Epidural narkozda isə dərman mayenin xaricinə verilir. Mayeyə qədər irəliləmir.

 

Spinal uyuşdurmada təsir dərhal başlayır, epiduralda isə 15-20 dəqiqə sonra başlayır. Spinal narkozun təsiri qısa müddətlidir, dərman bir dəfə verilir, təkrar dərman verilərək təsir müddəti uzadılmır. Epiduralda isə əksinədir. Epidural narkozda xəstənin belində taxılı formada katet qalır (incə boru) və əməliyyatdan sonra bu boru vasitəsilə dərman verilə bilər. Nəticədə də xəstə ağrı hiss etməz. Spinal narkozda isə tətbiq olunan bel nahiyəsi o an bağlanır və boru taxılmır. Spinal narkozunda əməliyyatdan sonra baş ağrısı görülmə riski epidurala görə daha çoxdur.

 

Bel bölgəsində bir infeksiya və ya xəstədə qanaxma varsa, spinal və epidural narkoz tətbiq olunmur. Bəzən qeysəriyyədə həm epidural, həm spinal birlikdə tətbiq olunur. Buna kombin deyilir. Hansının istifadəsinin daha uyğun olduğunu isə həkim qərar verəcək. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018