Ötən ay evlənmək istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib. 

APA-nın xəbərinə görə, B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

 

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

 

“Bu il nikaha daxil olmaq istəyən 127 173 nəfər tibbi müayinədən keçib ki, onlardan 13794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 nəfərdə isə QİÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 38-dir”, - deyə direktor vurğulayıb.
 

Z. Əlimirzəyeva qeyd edib ki, bu il 23 hamilə qadında perenatal müayinə aparılıb: “Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlamdır".

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018