İstilik sistemləri sağlamlığa zərər vurur - BU CÜR QORUNUN

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada "ilişir" və məhv olur. Evin havası quru olanda bu, selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə də mənfi təsir edir - dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.  

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

 

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır. Bunu necə edək? Ailem.az saglamolun.az-a istinadən bunun yollarını təqdim edir. 

 

1. Evin havasını gündə ən azı 2 dəfə dəyişmək lazımdır.

 

2. Döşəmələri hər gün silin.  

 

3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.

 

4. Evin müxtəlif yerlərində nimçələrdə su qoymaq olar.

 

5. Müasir nəmləndirici aparatlar da bu işdə sizə kömək edə bilər.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018