Toyuqlu sezar salatının RESEPTİ

Salatları hər birimiz sevirik. Xüsusilə də qış aylarında salat yeməyin bir başqa dadı olur. Qadınlar mətbəxdə ən müxtəlif tərəvəz və meyvələrdən istifadə edərək ləzzətli salatlar hazırlayırlar. Ailem.az bayram süfrələrinizə fərqli dad qatacaq toyuqlu sezar salatının reseptini verir.

 

Ərzaqlar:

 

2 ədəd toyuq filesi
2 yemək qaşığı zeytun yağı
İstiot
Duz

 

1 ədəd kahı
1 yemək qaşığı mayonez
2 diş sarımsaq 
Yarım stəkan zeytun yağı 

1 çay qaşığı xardal
Yarım limon
Pendir

 

Servis üçün:

 

6 dilim çörək
Pendir

 

Hazırlanması:

 

Tavaya 2 yemək qaşığı zeytun yağı tökün, kub şəklində doğranmış toyuq filesini əlavə edib azacıq qızardın. Ayrı bir tavada kub şəklində doğradığınız çörəklərin üzərinə 2 qaşıq zeytun yağı əlavə edərək, 10 dəqiqə qızardın. Kahını yuyub doğrayın. Salat sousu üçün mayonez, sarımsaq, xardal, istiot, duz, zeytun yağı və pendiri əlavə edib kahı ilə qarışdırın. Soisun ləzzətli olması üçün kahının yaxşıca qarışdırıldığından əmin olun. Üzərinə bişən toyuq filesini və çörəkləri əlavə edin. Sonda üzərinə pendiri rəndələyin. 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018