Bu paltarlar sizi daha cazibədar göstərəcək - QARDEROBUNUZDA OLSUN

Qadınlar hər gün cazibədar görünmək istəyir. Getdikləri hər yerdə və məkanda daim diqqət mərkəzində olmağı xoşlayırlar. Ailem.az nə geyinəcəyinə qərar verə bilməyənlər üçün bəzi asan üsullar göstərir.

 

Hündür daban ayaqqabı

 

Hündür daban ayaqqabı geyindikdə bədəninizin duruşu həmişəkindən fərqli olur. Ayaqlarınız uzanır, sinəniz qabağa çıxır, yerişiniz zərifləşir, ayaqlarınızın hərəkəti dəyişir. Bu da, əlbəttə, sizi olduğunuzdan daha cazibəli göstərir.

 

Qara paltar

 

Qara rəng geyimlə bağlı olduqda çox insan tərəfindən ən cazibədar və seksi rəng olaraq seçilir. Çünki qara rəng paltar bir qadını hər zaman daha zərif və cazibədar göstərir.

 

Çiyni açıq köynək

 

Kişilər qadınların bədənindəki yuvarlaq nahiyələri sevirlər. Sinə və ayağa olan maraqları bəllidir, amma bu siyahıya çiyinlərinizin də daxil olduğunu bilirsiniz?

 

Qırmızı paltar

 

Qırmızı hər zaman eşq və şəhvətlə əlaqələndirilir. Buna görə paltarlarınıza qırmızı parçalar əlavə etsəniz, nəticə əla olacaq. Doğru ölçülü və kəsimdə olan qırmızı bir paltar sevdiyiniz oğlanın başqa birinə baxmasının qarşısını mütləq alar.

 

Dar paltar

Bütün bədən xətlərinizi ortaya çıxaran bir paltarın kişilər tərəfindən cazibədar qəbul edilməsi bir faktdır.

 

Gün eynəkləri

 

Gün eynəkləri üzünüzdə simmetrik bir görünüş verir ki, belə üzlər hər zaman daha cazibədar görünür. Əlinizə keçən hər fürsətdə gün eynəklərindən yararlanmağı unutmayın.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018