Portağallı peçenyeni BELƏ HAZIRLAYIN

Çayla içmək üçün bəzən dadlı bir şirniyyata ehtiyac duyuruq. Ailem.az sizə evdə hazırlaya biləcəyiniz ləzzətli portağallı peçenye reseptini təqdim edir.

 

Lazım olanlar:

 

125 qr kərə yağı

1 stəkan şəkər tozu

1 yumurta

2 yemək qaşığı qatıq

1 portağalın qabığı

1 stəkan portağal suyu

1 çay qaşığı soda

4 stəkan un
 

Üzəri üçün: 2 xörək qaşığı şəkər tozu

 

Hazırlanması:

 

Otaq temperaturunda əridilmiş yağı və şəkər tozunu qarışdırın. Yumurta, qatıq, rəndələnmiş portağal qabığı, portağal suyu və sodanı əlavə edin və qarışdırmağa davam edin.
Yavaş-yavaş un əlavə edib, yapışqan olmayan bir hala gətirin.

Əldə etdiyiniz xəmirdən orta böyüklükdə toplar düzəldin. Soba qabına yağlı kağız sərin və hazırladığınız portağallı peçenyeləri aralarında boşluqlar buraxaraq düzün. Peçenyelərin üzərinə şəkər tozu səpin. Əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada portağallı peçenyeləri bişirin.

 

Nuş olsun!

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018