Gənc Tamaşaçılar Teatrında bu həftə hansı tamaşalar olacaq? - AFİŞA

Hər zaman ənənəsinə sadiq qalan Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı həftə ortasından başlayaraq tamaşalarını nümayiş etdirəcək.

 

Teatrdan Ailem.az-a verilən məlumata görə, dekabrın 21-də saat 19.00-da T.Vəliyevanın “Cəza” (kiçik səhnədə), dekabrın 23-də saat 12.00 və 14.00-da R.Hovard “Qrinç”, axşam saat 19.00-da Ə.Əmirli və V.Şuqrayevanın “Qohumlar” tamaşaları göstəriləcək.

 

Dekabrın 24-ü bazar günü isə teatr gündüz saat 10.00, 12.00 və 14.00-da H.X.Andersonun “Çirkin ördək balası”, axşam saat 19.00-da isə M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasını təqdim edəcək.

 

Tamaşalarda əsas obrazları teatrın istedadlı aktyorları əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, Şəfəq Əliyeva, Almaz  Mustafayeva, Elşən Rüstəmov, Şövqü Hüseynov, Gülər Nəbiyeva, aktyorlar Ramil Məmmədov, Müşfiq Əliyev, Kərəm Hadızadə, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

 

İstirahət günləri övladının və özünün zamanını səmərəli keçirmək istəyənlərin diqqətinə çatdırırıq ki, tamaşalara biletləri 6-8 manat olmaqla bütün konsert-tamaşa müəssisələrində fəaliyyət göstərən mərkəzləşdirilmiş kassalardan və Asan xidmət filiallarından (www.ticket.az online sifariş etmə yolu ilə) da əldə etmək mümkündür.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018