Uşaqlar üçün yeni tamaşa: “Hörümçək adam“

Yeni il ərəfəsndə bütün uşaqlar maraqlı və əyləncəli tamaşa, şou, nağıl dünyasının qəhrəmanları ilə görüş arzusunda olurlar. Balacalara öz nağıl dünyalarını bəxş etmək və unudulmaz Yeni il əyləncəsi yaşatmaq üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu dəfə maraqlı tamaşa hazırlayıb.

 

Teatrın mətbuat xidmətindən Ailem.az-a verilən məlumata görə, Yeni ilin ilk günlərində nəinki uşaqların, hətta böyüklərin də sevimli qəhrəmanı olan “Hörümçək adam“ teatrın səhnəsində uşaqlarla görüşə gələcək. Bu, sadə görüş olmayacaq. Teatr öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, sürprizlərlə dolu maraqlı Yeni il tamaşası ilə qarşılayacaq.

 

Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam” tamaşasını tam fərqli formatda təqdim edir. Yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın qış tətilinə əvəzolunmaz hədiyyə olmaqla yanaşı, sürprizlərlə zəngin əyləncəli bayram proqramı kiçik yaşlı tamaşaçılarımızda böyük maraq yaradacaq. Bundan başqa hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qızdan maraqlı hədiyyə, bol əyləncəli oyunlar da gözləyir. 

 

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.

 

Tamaşanın premyerası bu ilin dekabr ayının 28-də saat 12:00, 14:00, 16:00-da baş tutacaqdır. Yeni il proqramı 28 dekabr - 7 yanvar tarixlərinədək davam edəcək. 

 

Yeni tamaşaya biletləri mərkəzləşdirilmiş kassalardan, Asan xidmət mərkəzlərindən və filiallarından (www.ticket.az online sifariş etmə yolu ilə) əldə edə bilərsiniz.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018