Portağal qabığını suda qaynadın və...

Evinizdə müxtəlif səbəblərdən qaynaqlanan pis qoxular həm sizi, həm də evinizə gələn qonaqları narahat edir. Ailem.az kimyəvi vasitələrlə bu qoxuları aradan qaldırmaq yerinə evinizdə asan hazırlaya biləcəyiniz təbii qarışım məsləhət görür.

 

Bir qazanın içinə su tökün və qaynadın. Qaynayan suyun içinə portağal qabığı, ya da lavanta kimi xoş qoxulu bitkilərdən əlavə edin. Bu qarışımı otağın içində gəzdirin. Evinizdə olan pis qoxunun aradan qalxdığını və evinizdən xoş rayihə gəldiyini hiss edəcəksiniz.

 

Evin gözəl qoxması üçün ediləcək ən təsirli vasitələrdən biri də evin içində qoxulu şam yandırmaqdır.

 

Bununla yanaşı evdə yasəmən, ətirşah kimi güllər saxlayın.

 

Gözəl iy gəlməyən otağa bir stəkan quru qəhvə qoyun. Qəhvə pis qoxunu içinə çəkərək, gözəl qoxulu aroması ilə ətrafa xoş ətir yayar.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018