Eldar Qasımovdan “Yeni il gəlir” mahnısı yeni versiyada – FOTOSESSİYA

Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımov uzun illərdir dinlədiyimiz və hər birimizin uşaqlıqdan sevdiyimiz “Yeni il gəlir” mahnısını yeni versiyada ifa edib. Mahnının sözləri Hikmət Ziyaya, musiqisi Musa Mirzəyevə məxsusdur.

 

Eldar Qasımov Ailem.az-a deyib ki, yeni versiyada dünyaca tanınan avstraliyalı müğənni Sianın repertuarında olan “Cheap thriils” mahnısından da istifadə edilib: “Mən həm Sianın bu mahnısına uzun müddətdir qulaq asırdım, həm də bu müddətdə evdə “Yeni il gəlir” mahnısını zümzümə edirdim. Hazırda bir-birinə uyğun musiqiləri qarışdırmaq dünyada dəbdir. Əsas istəyim odur ki, bu mahnını dinləyənlər qarşıdan gələn hər bayramdan zövq alsınlar, xoş emosiyalara qapılsınlar. Mən bu mahnını hazırlayanda da məhz bu hisslərlə ifa etmişəm. İstəyirəm ki, hər kəs Yeni il ərəfəsində neqativ enerjidən uzaq olsun. 2018-ci ili hər kəs mehribanlıqla qarşılasın. Biz hamımız bir-birimizi həmişə dəstəkləyək, bir olaq, bu fikirlərim nəinki dekabrın 31-i Dünya Azərbaycanlıların Həmrəylik Gününə, hər günümüzə aiddir. Yeni iliniz mübarək”.   

 

Layihənin səs rejissoru Bəbir Bəbirli, fotoqrafı isə Zaur Nəcəfbəyovdur.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018