Narlı, şokoladlı tort – DADINDAN DOYMAYACAQSINIZ

Bayram süfrələrini tortsuz təsəvvür etmək olmur. Ailem.az sizə narlı, şokoladlı tort reseptini təqdim edir.

 

Lazım olanlar:

 

1 stəkan kərə yağı

 

2 stəkan rəndələnmiş tünd şokolad

 

5 ədəd yumurta

 

1 stəkan şəkər tozu

 

Yarım stəkan üyüdülmüş badam

 

Yarım stəkan un

 

1 çimdik duz
 

 

Kremi üçün:
 

150 ml hazır krem

 

100 qram tünd şokolad (xırda-xırda doğranmış)

 

1 yemək qaşığı şəkər tozu

 

Üzəri üçün:
 

Təzə nar dənələri
 

 

Hazırlanması:

 

Əvvəlcə yuvarlaq keks qəlibinizi duru yağ ilə yüngülcə yağlayın və dibinə yağlı kağız kəsib qoyun.

Sonra kiçik bir qazanda yağı əridin və ocağın altını söndürərək şokoladları onun istisində əridin. Bu zaman həm də onları qaşıqla qarışdırın. Başqa bir qabda yumurtaları şəkər tozu ilə birlikdə qabarana qədər 5-8 dəqiqə çalın. Ona şokoladlı qarışımı əlavə edərək, yavaş şəkildə çalmağa davam edin. Ən sonda un, badam və duzu əlavə edib qarışdırın və hazırladığınız qəlibə tökün. Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada təxminən 40-45 dəqiqə xəfif qabarana qədər bişirin.

 

Kremin hazırlanması:

 

Bir qazanda kremi qaynama nöqtəsinə gətirib ocağı söndürün. Şokoladları əlavə edin və əriyənə qədər qaşıqla çalın. Təxminən 15 dəqiqə soyuyub, bir az bərkiməsini gözləyin.

 

Ən sonda keksinizin üzərinə kremi töküb, bir az soyuducuda saxladıqdan sonra üzəri xəfifi donduğunda nar dənələrini səpin.

 

Nuş olsun!

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018