Bayram günü aldığınız artıq çəkidən 3 günə xilas olun

Yeni il gecəsi yəqin ki, çoxları pəhriz qaydalarına əməl etmir. Bayram gecəsindən sonra alınan artıq çəkini atmağı hamı arzulayır. 

Ailem.az axşam.az-a istinadən sizlərə 3 gün edəcəyiniz pəhriz təqdim edir:

 

Birinci gün - Səhər:

Yuxudan oyanan kimi 1 stəkan limonlu su için. Bir az keçdikdən sonra meyvə salatı yeyin. 

 

Günorta:

1 dilim buğda çörəyi, 1 stəkan şəkərsiz limonat.

 

Axşam:

Meyvə salatı və limonat. Gün ərzində bitki çayları için.

 

İkinci gün - Səhər 

1 stəkan yaşıl çay, göyərti, 5 ədəd badam, kök.

 

Günorta:

2 ədəd soyutma yumurta, soyutma ispanaq.

 

Axşam:

200 qram toyuq filesi, tərəvəz salatı. Gün ərzində ən az 2 litr su içməlisiniz. 

 

Üçüncü gün - Səhər 

1 ədəd yaşıl alma, 2 dilim ananas, şəkərsiz limonat.

 

Günorta:

Dotoks şorbası (Tərəvəzlərlə hazırlanır. Duz əvəzinə ədviyyat vurun)

 

Axşam:

Axşam da detoks şorbası için. Yaşıl çayı unutmayın.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018