Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəliyi çox geniş yayılıb. Bəs görəsən öd daşının yaranma səbəbləri hansılardır? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Ailem.az tibb üzrə fəlsəfə doktoru, həkim Mircəlal Kazıminin bu haqda fikirlərini diqqətinizə çatdırır.

 

Həkim deyir ki, öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.

 

Onun sözlərinə görə, öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv-laparoskopik, ya da açıq üsulla icra olunur: “Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90 faizi laparoskopik üsulla yerinə yetirilir. Laparoskopik öd kisəsi əməliyyatı olan xəstələr əməliyyatdan 4-5 saat sonra yataqdan qalxıb gəzə, qida qəbul edə bilər, ciddi şəkildə dərman ehtiyacı duymazlar. Eyni zamanda uyğun xəstələr əməliyyat günü axşamı rahatlıqla evə yazıla bilirlər”.

 

M.Kazımi bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsində daş varsa, hər hansı bir şikayət olmadan əməliyyata göstəriş var: Çünki ilkin mərhələdə heç bir ağrı hiss olunmaya bilər. Lakin şəkər xəstəliyinə görə bu insanlarda öd kisəsinin minimal iltihabı zamanı hadisə fəsadlaşır, ən ciddi fəsadlardan olan öd kisəsinin nekrozu, öd kisəsinin deşilməsi və iltihabın qarına yayılması kimi ciddi fəsadlar yarana bilər. Ümumiyyətlə, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunması tövsiyə olunur. Əgər daşların ölçüsü xırda olarsa, həmin daşlar öd kanalına düşür, mexaniki sarılıq əmələ gətirir və bu proses daha da fəsadlaşıb mədəaltı vəzinin iltihabı olan pankreatit yarada bilər. Bu da bir neçə cərrahi əməliyyat deməkdir. Nadir hallarda kəskin pankreatit xəstənin ölümünə belə, səbəb ola bilər. 1 sm-dən böyük olan 1 ədəd polip varsa və ya ölçüsü 1 sm balaca olan bir neçə polip varsa, xəstələrə cərrahi əməliyyat məsləhət görülür”.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018