İlin ayaqqabı trendləri: BÖYÜK BANT, QISA SİVRİ DABAN...

Gözəl geyimin ən əhəmiyyətli parçalarından biri ayaqqabılardır. Ailem.az ayaqqabıları ilə 2018-ci ilin trendlərini yaxalamaq istəyənlər üçün bəzi ipucları verir.

 

Düz dabanlı çəkələklər

 

2017-ci ildə xüsusilə məşhurların ayağında gördüyümüz düz dabanlı çəkələklər bu il də hər yerdə qarşımıza çıxacaq. Bir az kişi, bir az da qadın formalı və son dərəcə rahat.

 

Çelsi botları

 

Əgər bu il bir cüt Çelsi botu almısınızsa, deməli, çox faydalı bir alış-veriş etmisiniz. Çünki bu zamansız botlar heç olmadığı qədər şıkdır. Həm də hər şeylə və çox asan bir şəkildə kombinlənir.

 

Böyük bantlar

 

Həyatımıza daxil olan bantlar bütün paltar və aksessuarlarda qarşımıza çıxır. Amma ən çox bu il ayaqqabılarda gördük. Böyük bir bant bəzəyi ilə dost-düşmən hər kəs ayaqlarınıza baxacaq.

 

Platformalı sandallar


2018-ci ilin dəbli ayaqqabıları ya çox alçaq, ya da çox hündürdür. Ortası yoxdur. Ayaq boyunuzu böyük ölçüdə uzadan platformalı sandallar da dəbə geri dönür.

 

Qısa sivri dabanlar

 

Qısa sivri dabanlar (kitten heels) də geri dönüş edən ayaqqabı trendlərindən biridir. Xüsusilə qısa sivri dabanlı botlar 2018-ci ilə damğa vuracağı siqnallarını indidən verir.

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018