Afrikanın ən təhlükəli heyvanı - FOTO

Səyahətçi fotoqraf Arif Ələkbər Tanzaniyada, Serengeti qoruğunda məskunlaşan begemotların fotolarını çəkib. Ailem.az həmin fotoları və fotoqrafın begemotlar haqda yazdığı maraqlı faktları təqdim edir:

 

- Begemot quruda yaşayan ən iri heyvanlardan biridir. Çəkisi bəzən 4 tonadək olur.

 

- Yaşlı erkək begemot 3 metrlik timsahı tən yarıya bölə bilər. Onun dişləminin gücü 230 kiloqrama bərabərdir.

 

- Bədən ölçüsünə nəzərən begemotun baş ölçüsü çox böyükdür.

 

- Suyun altında nəfəsini 5 dəqiqəyədək saxlaya bilir. Suyun üzündə isə rahat şəkildə saatlarla yatır.

 

- Ağzı 120 santimetrədək açılır.

 

- Həm suyun üzündə, həm də altında özünəməxsus səs çıxara bilirlər. Hər iki halda həm də eşidə bilirlər. Hənirtiləri 15 desibelə çatır. Bu, rok-konsertdə bağıran kolonkalara qulağı dirəyəndə alınan effektə bərabər bir şeydir.

 

- Hamiləlik dövrü 8 ay davam edir. Bütün begemotlar suda doğulur. Bala begemotun çəkisi 25-55 kq arası olur.

 

- Onlara lazım olan qidanı tapmaq üçün begemotlar bir gecədə 10 km məsafəni qət edə bilirlər.

 

- Yalnız şirin su hövzələrində yaşayan begemotların duzlu sularla arası yoxdur.

 

- Fillərlə müqayisədə çox "gözütox" sayılırlar. Filin yediyinin 1/6 hissəsini yeyirlər: gün ərzində cəmi 50 kq bitki. Bitkiləri də dişləmədən, yəni dodaqları ilə qoparırlar. Özü də suda bitən bitkilərlə heç vaxt qidalanmırlar.

 

- Qısa məsafədə begemotlar saatda 30 km sürətlə qaça bilirlər.

 

- Yer üzündə ən qalın dəriyə sahib heyvanlardan biridir. Bəzən təkcə dərilərinin çəkisi yarım tona çatır.

 

- İsti havada və ya günün altında çox qalanda begemotun dərisi çəhrayı rəngə çalmağa başlayır. Bu, dəridən ifraz olunan xüsusi mayedir ki, onu gün işığından qoruyur.

 

- Afrikada insan üçün ən təhlükəli heyvan nə aslan sayılır, nə də timsah. Bu cəhətdən begemot hamısını geridə qoyub. Özlərininsə vəhşi təbiətdə düşməni, demək olar ki, yoxdur. Ancaq bala və zəifləmiş fərdlər aslanların və ya timsahların qurbanı ola bilərlər.

 

- Vəhşi təbiətdə 45 il, heyvanxanalarda isə daha çox yaşayırlar.

 

- 3 həftə yeməksiz qala bilirlər. Mədələrindəki qida onlara 2 gün bəs edir.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018