Evdə hazırlaya biləcəyiniz asan PİZZA RESEPTİ

Bir çoxlarımız pizza yeməyi sevirik. Və pizzanı adətən hazır halda sifariş edirik. Ailem.az sizə asan halda evdə hazırlaya biləcəyiniz dadlı pizza reseptini təqdim edir. 

 

Lazım olan ərzaqlar:  

 

1 yaşıl bibər (doğranmış)

1 qırmızı bibər (doğranmış)

1 pomidor (doğranmış)

6 ədəd çəyirdəyi çıxarılmış qara zeytun

6 dilim nazik doğranmış kolbasa

Yarım kasa kub şəklində doğranmış sosis

200 qram doğranmış pendir

İstiot

Duz

6 dilim çörək

 

Hazırlanması:

 

Əvvəlcə verilən ərzaqları pendiri çıxmaq şərti ilə bir qabda qarışdırın. Və soba qabına düzdüyünüz çörəklərin üzərinə yayın. Sonra onun üzərinə pendirləri yayın. Əvvəlcədən isitdiyiniz 180 dərəcəlik sobada 20 dəqiqə bişirin. İstəsəniz, damaq zövqünüzə görə fərqli ərzaqlar da əlavə edə bilərsiniz.

 

Nuş olsun! 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018