“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq - AFİŞA

Yanvarın 16-da saat 19:00-da Nizami Kino Mərkəzində Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq.

 

Ailem.az-ın məlumatına görə, “Geyilməmiş ayaqqabılar” filmi “Dolu” filmində yaratdığı Drakon obrazı ilə tamaşaçı rəğbəti qazanmış aktyor Rza Rzayevin ilk rejissor və ssenari işidir.

 

Filmin quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, bəstəkarı Vyaçeslav Şurindir. Rollarda Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Həsrət rolunda isə Dəniz Həsənov adlı məktəbli çəkilib. 
 

Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur.   

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018