Kələmdən salat da hazırlamaq olar – FƏRQLİ DAD

 

Qış fəslinin ən çox istifadə edilən tərəvəzlərindən olan kələmdən sağlıqlı və ləzzətli salat hazırlaya bilərsiniz. Ailem.az kələm salatının hazırlanma qaydasını təqdim edir.

 

Ərzaqlar:

 

Yarım kələm

2 ədəd kök

Yarım dəstə cəfəri

2 ədəd xiyar

1 kasa qoz

1 kasa qatıq 
1 kasa mayonez

 

Hazırlanması: 

 

Əvvəlcə kələmi, xiyarı, cəfərini, kökü nazik şəkildə doğrayın.

Qozu iri dənəli şəkildə üyüdün. Daha sonra doğradığınız kələmi duzla yumşalana qədər ovun. Qozla bərabər bütün ərzaqları bir qabın içərisində töküb, mayonez və qatığı əlavə edərək, yaxşıca qarışdırın. Üzərini nar dənələri ilə bəzəyərək servis edə bilərsiniz.

 

Nuş olsun! 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018