Sevda Yəhyayeva: "Ona görə hələ də evdə qalmışam ..."

"Səhər-Səhər" verilişinin qonağı olan Sevda Yahyayeva cəsarətli etirafları ilə diqqət çəkib.

Ailem.az xəbər verir ki, aparıcı Elgizin müğənni xanıma qəfil ünvanladığı "Heç həyatında ürəkdən, dəli kimi sevdiyin məqam olub?" sualına Sevda soyuqqanlılıqla cavab verib.

Cavabına ah çəkərək başlayan müğənni bir neçə saniyəlik sükutdan sonra etiraf edib: "Bu mövzuda danışmağa utanıram. Amma, əlbəttə, insanıq. İnsanam mən də. Mənim də ürəyim var. Sevmişəm, bəli!"

Qeyd edək ki, Sevda şəxsi həyatı ilə bağlı son açıqlamalarının birində həyatında heç kimin olmadığını deyib.

 

Aparıcının "Sevda, birdən sənin gələcək həyat yoldaşın desə, mənə bozbaş bişir. Sən neyləyəcəksən?" sualına isə gənc müğənni belə cavab verib: "Bişirməyi bilirəm, amma neçə illərdir anam sağolsun, evdə hazırlayır. Mən elə bil ki, yadırğamışam, yadımdan çıxıb".

Bu məqamda mövzuya müdaxilə edən Əli Mirəliyev "Biz sənin yadına salarıq. O qız ki xörək bişirə bilmir, onu almırlar" sözləri ilə Sevdaya üzünü tutub.

S.Yahyayeva Əli Mirəliyevin sözlərinə "Ona görə hələ də evdə qalmışam da yəqin (gülür)" fikirlərini səsləndirib.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018