Adi soda doğuşda kömək edir - İNANILMAZ FAKT

Liverpul Universiteti (İngiltərə) alimləri sübut edir ki, adi soda məhlulu çətin doğuşlar zamanı qadınlara kömək edir.

 

Saglamolun.az The Daily Mail-ə istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, soda uşaqlığın turşuluğunu neytrallaşdırır və bu da doğuşu asanlaşdırır.

 

Statistikaya görə, ilk dəfə doğan qadınların təxminən 10%-də doğuş zamanı uşaqlıq normal açılmır. Həkimlər doğuş fəaliyyətini fəallaşdırmaq üçün qadınlara oksitosin yeridir. Lakin 50% hallarda bu, kömək etmir və həkimlər qeysəriyyə kəsiyi əməliyyatına müraciət etməli olur.

 

Qeysəriyyə kəsiyi əməliyyatı yüksək riskli əməliyyat sayılmasa da, bütün digər əməliyyatlarda olduğu kimi, burada da müəyyən risklər mövcuddur (qanaxma, infeksiya, trombların əmələ gəlməsi).

 

Həkimlər eksperiment zamanı çətin doğuş keçirən qadınların bir hissəsinə soda məhlulu verirdi, 1 saatdan sonra isə oksitosin yeridirdi, digər qadınlara isə yalnız oksitosin yeridirdi. Nəticədə məlum olub ki, soda məhlulu təbii doğuşların sayını 17% artırır.

Alimlər vurğulayır ki, yeni metod tam ziyansız, ucuz və əlçatandır.

 

Həmçinin soda məhlulundan istifadə uşağa heç bir mənfi təsir etmir.  

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018