Qaymaqlı göbələk şorbasının HAZIRLANMA QAYDASI

Göbələk bir çoxumuzun sevimli yemək siyahısındadır. Hələ bir də qaymaqla göbələk birləşərsə, ortaya ləzzətli bir dad çıxır. Ailem.az sizə qaymaqlı göbələk şorbasının reseptini verir.

 

Ərzaqlar:

 

300 qram göbələk
3 qaşıq qaymaq
2 qaşıq un
1 qaşıq kərə yağı

6 stəkan ət suyu, yoxdursa, adi su

1 baş soğan
Şüyüd

Duz
İstiot

 

Hazırlanması:

 

Soğanı doğrayıb qazanda kərə yağı ilə qovurun. Üzərinə daha öncədən təmizlədiyiniz göbələkləri doğrayaraq atın. Göbələklər suyunu buraxacaq. Təkrar suyunu çəkənə qədər qovurun. Üzərinə unu əlavə edin. 5-6 dəqiqə daha qovurun. Sonra suyu və istədiyiniz qədər duz əlavə edin. Orta temperaturda qarışdıraraq bişirin.

Başqa bir qabın içində qaymağı mikserlə qarışdırın. Üzərinə şorbanın suyundan bir az tökərək qarışdırın və ilıqlaşdırın. İlıq qaymağı şorbanın içinə tökün və yaxşıca qaynadın. Servis etməzdən əvvəl şüyüd və istədiyiniz başqa göyərtidən doğrayın.

 

Nuş olsun!

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018