Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ

 

Uşaq pudrası yalnız uşaqlar üçün deyil. Ondan başqa məqsədlər üçün də yararlana bilərsiniz. Bu pudranın bir-birindən fərqli və praktik bir çox istifadə sahəsi var. Ailem.az onlardan bəziləri ilə sizi tanış edir.

 

Kirpiklərinizə həcm qazandırar

 

Tuşun ilk qatını çəkdikdən sonra bir qədər pudra sürtün. Bir qat da çəkdikdən sonra kirpikləriniz daha uzun və həcmli görünəcək.

 

Dolaşan zəncirləri açır

 

Zəncir boyunbağı düyünləndikdə barmaq uclarınızı uşaq pudrasına batırın və ehtiyatla açmağa başlayın.

 

Quru şampun kimi istifadə edin

 

Saçlarınız yağlı görünürsə və yumağa vaxtınız yoxdursa, saç diblərinə uşaq pudrası səpin və masaj edin. Pudra tozları yox olana qədər darayın.

 

Yağ ləkələrini aparır

 

Geyimlərinizdə inadçı yağ ləkələrinin həm içinə, həm də üstünə uşaq pudrası töküb, 1 saat saxladıqdan sonra yuyun.

 

Ayaqlara yapışan qumlardan xilas edir

 

Çimərlikdə ayağınıza yapışan qumlardan xilas olmaq üçün qumun yapışdığı hissələrə uşaq pudrası tökün. Pudra dəridəki nəmi götürəcək və qumun dərhal tökülməsini təmin edəcək.

 

Yataq dəstlərini təzələyəcək

 

İsti gecələr üçün möhtəşəm bir üsul. Yataq dəstlərinizin arasına uşaq pudrası səpin. Bu üsulun verdiyi təravət və rahatlandırıcı qoxu sizə gözəl bir yuxu bəxş edəcək.

 

Dəri geyimlərinizin yeni görünməsini təmin edəcək

 

Dəri geyimlərinizin yeni görünməsini istəyirsinizsə, üzərinə pudra səpin. Sonra əskiylə silin.

 

Ev heyvanlarının tüklərini parladın

 

Ev heyvanlarını davamlı çimizdirmək əvəzinə arada bir tüklərinə körpə pudrası töküb masaj edin. Diqqət edin ki, göz və burun ətrafına tökülməsin.

 

Təraşdan əvvəl tətbiq edin

 

Ayaq və digər bölgələrinizi təraş etməzdən əvvəl pudra töküb yayın. Pudra təraşı ağrısız edəcək, eyni zamanda yumşaqlıq verəcək, dərinizin daha hamar olmasını təmin edəcək.

 

Ev heyvanlarının sidiyinin qoxusunu yox edəcək

 

Ev heyvanlarının sidiyinin qoxusundan xilas olmaq olduqca çətindir. Bunun qarşısını almaq üçün qoxu gələn yerə pudra tökün. Bir saatdan sonra tozsoranla təmizləyin. 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018