Könül Xasıyevanın ərinin görüntüsü yayıldı - TOY VİDEOSU

Xalq artisti Könül Xasıyevanın keçmiş həyat yoldaşı ilə görüntüləri yayılıb.

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, xanəndənin toyundan olan video sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, K.Xasıyeva bir neçə gün əvvəl mediaya açıqlamasında həyat yoldaşından ayrılma səbəbini açıqlayıb: “Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur, yaşa. Mən xəstələnməzdən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi”.

 

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018