Portağal qabığından mürəbbə hazırlayın – RESEPT

Portağal yeməyi hər birimiz sevirik. Xüsusilə də qış aylarının ən vaz keçilməz meyvələrindən biri portağaldır. Amma portağalın qabığından ləzzətli mürəbbə bişirərək də yemək olar. Ailem.az portağal qabığından mürəbbə hazırlamağın üsulunu göstərir. 

 

 Lazım olanlar: 

 

12 ədəd portağalın qabığı

1 litr təzə sıxılmış portağal suyu

1 kq 250 qr şəkər tozu

Yarım çay qaşığı kərə yağı

1 çay qaşığı limon duzu

 

Hazırlanması:

 

Portağalların qabıqlarını nazik dilimlər şəklində soyun. Həmin qabıqları sıx bir şəkildə rulet formasında iplərə düzün. İpləri iki ucundan bağlayın.

 

Böyük bir mürəbbə ləyəninə rulet formalı portağal qabıqlarını qoyub üzərinə dörd barmaq çıxacaq qədər soyuq su tökün. Orta temperaturda 15 dəqiqə qaynatdıqdan sonra, ruletləri soyuq su dolu başqa bir qaba yığın. 1 gün içində 4-5 dəfə suyunu dəyişdirin.

 

Portağal suyunu bir qaba tökərək üzərinə şəkər tozunu əlavə edin. Orta temperaturda səkər tozu əriyənə qədər ara-sıra qarışdıraraq qaynadın. Qaynamağa başlayan şəkərli portağal suyuna kərə yağını və suda saxladığınız portağal qabıqlarını iplərini açmadan qoyun.

Təxminən 40 dəqiqə bişirdikdən sonra limon duzunu əlavə edərək, 3 dəqiqə daha bişirib ocağın altını söndürün.

Mürəbbə ilıqlandıqda qabıqlarını qazandan götürüb iplərindən çıxararaq, mürəbbənin suyu ilə bərabər balonlara yığıb qapağını möhkəm bağlayın və sərin yerdə saxlayın.

 

Nuş olsun!

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018