Bananlı rulet bişirmək istəyənlər üçün RESEPT

Meyvəli piroqları, tortları, şirniyyatları çox sevirik. Xüsusilə də uşaqlar çiyələkli, almalı, ərikli şirniyyatların dadından doymur. Bunu nəzərə alaraq Ailem.az bananlı ruletin reseptini verir.

 

Ərzaqlar:

 

4 ədəd yumurta

1 stəkan şəkər tozu
1 stəkan su

1 stəkan yarım un

1 paket vanil
1 paket qabartma tozu

 

Kremi üçün:

 

3 stəkan süd

1 stəkan şəkər tozu
2 xörək qaşığı un
2 xörək qaşığı buğda nişastası
1 paket vanil

 

Ruletin içi üçün:

 

2 ədəd banan
1 stəkan üyüdülmüş fıstıq

 

Üzəri üçün:

 

2 paket krem şanti
2 stəkan soyuq süd

 

Hazırlanması:

 

Keksi hazırlamaq üçün yumurta və toz şəkəri krem halını alana qədər mikserlə çalışın.
Su və vanili qarışıma tökdükdən sonra qarışdırmağa davam edin. Ardından ələnmiş un və qabartma tozunu da qatıb qarışdırın. Xəmiri yağlı kağız qoyduğunuz soba qabına tökün və qaşıqla yayın. Əvvəlcədən isitdiyiniz 180 dərəcəlik sobada 15 dəqiqə bişirin.
 

Kremin hazırlanması:

 

Süd, şəkər tozu, un, nişasta və vanili bir qazana tökün. Orta temperaturda fasiləsiz qarışdıraraq, krem halına gələnə qədər bişirin.

 

Ruletin üzəri üçün krem şanti və soyuq südü mikserlə qarışdırın. Soyuducuda bir saat saxlayın. Bişən keks bir az soyuduqdan sonra yağlı kağızla bərabər qabdan çıxarın. Üzərinə hazırladığınız və ilıq halda olan kremi yayın. Soyulmuş bananları keksin ortasına bütöv yerləşdirin. Keksi yağlı kağızdan ayıraraq rulet şəklində bükün. Ruleti servis boşqabına qoyub üzərinə krem şantini töküb fıstıqları səpin. Təxminən 15 dəqiqə soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

 

Nuş olsun!

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018