Tənbəl xanımlar üçün SADƏ və EFFEKTLİ MASKALAR

Zaman keçdikcə dərimiz öz gənclik təravətini itirir və müəyyən qulluq tələb edir. Amma bir çoxlarımız ya zaman azlığından, ya da sadəcə tənbəllikdən dərimizə yetəri qədər diqqət göstərmirik. Ailem.az sizə saatlarla vaxt ayırmadan hazırlayacağınız faydalı maska reseptləri verir. Bu reseptlərlə dəriniz sağlam və parıltılı hal alacaq.

 

1. Nəmləndirici maska

 

Sadəcə iki vasitə ilə cildinizin nəm faizini artıra bilərsiniz.

 

Bir ədəd yumurta sarısı ilə bir qaşıq südü kasada çırpın. Sonra üzünüzə kağız dəsmal yapışdırın. 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

 

2. Alma maskası

 

Almanın həm sağlıq, həm də gözəllik baxımdan əhəmiyyətli olduğunu hər kəs bilir.

 

1 ədəd almanı rəndələyərək kasaya qoyun. Sonra içərisinə 2 xörək qaşığı bal tökün. Qarışımı bütün üzünüzə vurun. İlıq su ilə 5 dəqiqə sonra təmizləyin.

 

3. Qara nöqtə maskası

 

Burnunuzun üzərindəki qara nöqtələri yalnız 5 dəqiqədə yox edə bilərsiniz.

 

Hərəsindən bir xörək qaşığı limon suyu və qatığı kasada qarışdırın. Burnunuzun üstünə sürtün. 5 dəqiqə saxlayıb, soyuq su ilə durulayın

 

4. Yağlı dərilər üçün maska

 

Olduqca tez hazırlanan bir maska ilə dərinizin yağ səviyyəsini normal səviyyəyə endirə bilərsiniz.

 

Bir qaşıq bal və limon suyunu qarışdırın. Sonra qarışıma azacıq süd əlavə edin. Homogen hala gəldiyində bütün dərinizə vura bilərsiniz.

 

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018