Südlü mərcimək şorbasını BELƏ HAZIRLAYIN

Daha çox tərəvəzlə bişən xörəklərdən biri olan mərcimək süd ilə bərabər hazırlandıqda daha da ləzzətli olur. Ailem.az sizə südlü mərcimək şorbasının reseptini verir.

 

Ərzaqlar:

 

2 xörək qaşığı kərə yağı

2 xörək qaşığı duru yağ

1 baş quru soğan
2 xörək qaşığı un
1 stəkan yarım qırmızı mərcimək
1 stəkan süd
1 litr yarım su
Duz

 

Hazırlanması:

 

Kərə və duru yağı birlikdə qazanda qızdırın və doğradığınız soğanları töküb qovurun. Ardınca unu tökərək, rəngi dəyişənə qədər qovurun. Daha sonra yuyulmuş mərciməkləri qazana tökərək qarışdırın və üzərinə su tökün. Qazanın qapağını bağlayaraq şorbanı bişirin. Mərciməklər bişdikdən sonra şorbanı blenderlə qarışdırın süd və duz əlavə edərək 4-5 dəqiqə az odda qaynatdıqdan sonra ocaqdan götürün. İsti-isti servis edin.

 

Nuş olsun!

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018