Əqrəb və kərtənkələ ilə qidalanan göy sərçə - FOTO

Azərbaycanlı səyahətçi-fotoqraf Arif Ələkbər Tanzaniyada Tarangire qoruğunda bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçənin fotosunu çəkib. Ailem.az həmin fotonu və fotoqrafın sərçə haqqında maraqlı qeydlərini diqqətinizə çatdırır.

 

- Bu quş rəngarəngliyinə görə bir çox quşları geridə qoyur. Onu başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi qarnı, yaşımtıl rəngli boynun arxa hissəsi, qanadlarının yuxarı hissəsi açıq qəhvəyi, aşağısı isə açıq göy tonlardadır. Quş deyil, sanki sənət əsəridir. Bütün bu gözəllik də lələklərinin və quyruq hissəsinin sonundakı qara sonluqla tamamlanır.

- Ölçülərinə görə adi sərçədən bir az canlı görünür. Bədəninin ölçüsü 45 sm-dək olur. Ancaq pərvazlanıb göyə qalxanda baxırsan ki, əsil cazibəlik etalonudur: iri qanadlar, uçuşu isə zərif və inamlıdır.

 

- Son məlumatlara görə, nəsli tükənmir, sayı da çoxdur. Amma buna rəğmən, bu növün arealı cəmi bir neçə Şərqi Afrika ölkəsini əhatə edir. Ən çox Botsvana, Keniya, Tanzaniyada yayılıblar. Yeri gəlmişkən, elə Botsvana və Keniyanın simvolu sayılır.

 

- Kənd təsərrüfatı ilə məşğul olanlar bu quşlara az qala səcdə edə, çünki əkinə ziyan verən bütün cücüləri öz menyularına əlavə ediblər. Rasionlarında həm də hörümçək, əqrəb, hətta xırda kərtənkələlər də olur.

 

- Tək yaşamağa üstünlük verən bu quşlar ailə qurandan sonra ölənəcən öz yarlarına sadiq qalırlar. 1-3 bala sahibi olan valideynlər növbə ilə onların qayğısına qalırlar. 3-4 aylığında balalar yuvanı həmişəlik tərk edir.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018