Şəkərsiz peçenye: uşaqlar üçün xeyirli şirniyyat

Uşaqların da sevəcəyi şəkərsiz bir şirniyyat bişirmək istəyirsinizmi? Axı çox şəkərli qidalar xüsusilə uşaqlara zərərlidir. Ailem.az sizə şəkərsiz peçenye reseptini təqdim edir.

 

Ərzaqlar:

 

1 stəkan kərə yağı

1 kiçik fincan bəhməz

1 yumurta 

1 stəkan yağsız süd 

1 çay qaşığı vanil 

1 stəkan un 

1 çay qaşığı soda

50 qr şokolad

 

Hazırlanması:

 

Kərə yağını, bəhməzi, yumurtanı, südü və vanili bir qaba tökün, 2 dəqiqə boyunca mətbəx robotunda qarışdırın. Daha sonra unu və sodanı əlavə edin. Bütün ərzaqlar yaxşıca qarışana qədər çırpmağa davam edin. Sonra şokoladları töküb, qaşıqla bir az qarışdırın. Xəmiri yuvarlayıb, soba qabına yığın və xəfifcə ovcunuzun içi ilə basın. Sobanızı 350 dərəcədə qızdırın. Peçenyeləriniz qızarana qədər, təxminən 20-25 dəqiqə boyunca bişirin. 

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018