Gəlin toy gecəsi niyə intihar etdi? - VİDEO

Azərbaycanda keçən il ekranlaşdırılan “İkinci güllə” adlı qısametrajlı film son günlər xeyli müzakirələrə səbəb olub.

 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Natiq Rəsul, quruluşçu operatoru Kirill Gerra, bədii rəhbəri İlqar Safat, prodüseri Nəriman Məmmədovdur. Rollarda Elmin Bədəlov (bəy), Manaf Dadaşov (sağdış), Elgün Həmidov (soldış), Nəsibə Eldarova (yengə), Vidadi Həsənov (ata), Leyli Vəliyeva (ana), Hüsniyyə Mürvətova (qırmızı paltarlı qadın) və başqaları çəkilib.

 

Film Azərbaycanın ucqar kəndində, toy gecəsində baş verən əhvalatdan bəhs edir. Süjet bəy-gəlin otağında "prosesin" uğurla başa çatmasını kəndin bütün sakinlərinə bildirmək üçün toy gecəsi tüfəngdən havaya güllə açılması adətindən götürülüb.

Toy gecəsi ilə bağlı sakinləri məlumatlandırmaq üçün kənddə “iki güllə” atmaq adəti var. Birinci güllə bəyə görə, ikinci güllə isə gəlinin bakirəliyini təsdiqləmək üçün atılır. Lakin silahda problem yaranır və ikinci güllə açılmır. Bu səbəbdən də gəlin toy gecəsi kənd əhalisinin qınağından qorxaraq intihar edir. 

 

“İkinci güllə” Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Yeni nəfəs 1" müsabiqəsinin qalibi Natiq Rəsulun ssenarisi əsasında "Nərimanfilm" kinostudiyasında çəkilib.

 

 

 

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018