Künəfə sevənlərin nəzərinə: evdə özünüz də bişirə bilərsiniz - RESEPT

Künəfə türk şirniyyatıdır, amma ölkəmizdə də onu yeməyi çox sevirlər. Ailem.az-ın sizə verəcəyi bu reseptlə özünüz də evdə ləzzətli künəfə bişirə biləcəksiniz.

 

Ərzaqlar:

 

200 qr tel kadayıf
100 qr kərə yağ

200 qr dil pendiri
 

Şərbəti üçün:

 

1 stəkan yarım şəkər tozu

1 stəkan yarım su 
3-4 damcı limon suyu

 

Bəzəyi üçün:

 

Üyüdülmüş yaşıl fıstıq və qaymaq

 

Hazırlanması: 

 

Şəkər tozu ilə suyu qazana tökərək qaynadın və limon suyunu da əlavə edərək, ocaqdan götürüb soyumağa qoyun.

 

Kadayıfları otaq temperaturunda kərə yağı ilə yaxşıca yoğurun.

 

Digər tərəfdən bir tavanı kərə yağı ilə yağlayın. Kadayıfları tavaya boşluq qalmayacaq formada 1 sm qədər qalınlıqda yayın, üstündən aşağı basın. 

 

Pendirləri doğrayıb bərabər şəkildə kadayıfın üzərinə tökün. Üzərini təkrar kadayıf ilə örtüb yenə aşağı basın. Az odda hər iki tərəfi də qızarana qədər bişirin.

 

Künəfə isti, şərbəti ilıq ikən üzərinə tökün, bir-iki dəqiqə şərbətdə saxladıqdan sonra bəzəyib, servis edin.

 

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018