Yataq otağının dekorasiyası yuxunuzu poza bilər - BELƏ OLMALIDIR

Gecə yatmaqda çətinlik çəkirsiniz, yaxud səhər oyandığınızda özünüzü yorğun hiss edirsinizsə, səbəbi yataq otağı dekorasiyası ola bilər. Ailem.az sizə yataq otağınızda rahatladıcı ab-hava yaratmaq üçün dekorasiya ilə bağlı məsləhətlər verir.  

 

Divar rəngləri mütləq açıq tonlarda olmalıdır.

Ağ, süd rəngi, göy, açıq qəhvəyi, boz kimi pastel rəngləri seçə bilərsiniz.

Bu tonlar stress atmağınıza və asan yatmanızı təmin edəcək.

 

 

 

Yataq örtüyünü, xalı və mebellərinizin rənglərini seçərkən canlı rənglərdən istifadə etməyi unutmayın. Qırmızı, bənövşəyi, narıncı və çəhrayı ola bilər.

 

 

Keyfiyyətli bir yuxu üçün açıq rənglərin istifadə edilməsi lazım olduğunu söyləmişdik. Ancaq bu otağınızın dekorasiya trendlərindən uzaq olması anlamına gəlməz. 2018-ci iln dekorasiya rənglərdən istifadə edərək təbii, canlı və rahat bir otaq hazırlaya bilərsiniz.

 

 

Məsələn açıq boz boyadığınız divarlara uyğun qırmızı rənglərin daha çox olduğu bir mənzərə, mebellərinizlə kontrast olacaq rəngdə dolab, rəngli bir abajur ya da rəngarəng çilçıraq....

 

 

Yataq otağınıza günəş işığı düşməsinə diqqət edin. Yatarkən otağınızın işıqlı olması sizi narahat edə bilər ancaq günə rahat başlamaq üçün açıq rəng tonlarda pərdə seçimi çox əhəmiyyətlidir.

Divarlarda istifadə etdiyiniz rəng ilə pərdələrini eyni rəng tonunda seçərək uyğunluğu yaxalaya bilərsiniz.

 

 

 

 

 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018