1600 qram çəkisi olan körpəni əməliyyat etdilər – BAĞIRSAĞI BAĞLI İDİ

Mərkəzi klinik Xəstəxanada 1600 qram çəkisi olan körpə anadan olduğu ilk günlərdə əməliyyat edilib. Səbəbi isə 12 barmaq bağırsağın qapalı olması idi. 

 

Hadisənin təfərrüatı haqda Ailem.az-a məlumat verən uroloq, cərrah Fuad Hüseynov bildirir ki, bətndaxili UZİ müayinəsində 12 barmaq bağırsağının qapalı olması şübhəsi olan körpə gözlədiklərindən tez gəlib dünyaya: “Başqa klinikada doğulan körpəyə aparılan müayinələr nəticəsində məlum oldu ki, 12 barmaq bağırsaq anadangəlmə bağlıdır . Nəticədə əməliyyat olunmasa, yediyi qida 12 barmaq bağırsaqdan keçə bilmədiyi üçün yaşaması mümkün olmayacaq. Cərrahi əməliyyat məqsədi ilə körpə klinikamıza köçürüldü. Əməliyyat zamanı məlum oldu ki,12 barmaq bağırsağın bağlı olmasına səbəb mədəaltı vəzin anormal yerləşib, onu xaricdən sıxmasıdır . 1600 qr çəkisi olan körpə üzərində cərrahi əməliyyat uğurla icra edilərək, 12 barmaq bağırsağın keçiriciliyi bərpa edildi”.

 

Əməliyyatdan sonra körpə Mərkəzi Klinikanın neonotologiya şöbəsinə köçürülüb: “Körpəmiz şanslı olduğu üçün bu xəstəliklə doğulan uşaqlarda görülən Daun sindromu, ürək, böyrək problemləri və əməliyyatdan sonra görülən tikilmiş bağırsaq yerindən sızdırma, tikiş xəttində daralma kimi təkrari əməliyyata ehtiyac olan problemlər ondan uzaq oldu. Körpə əməliyyatdan 1 həftə sonra normal uşaqlar kimi ağızdan yedizdirilməyə başladı. Hazırda evlərindədir”.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018