Quru və çatlamış dodaqlara QULLUQ ÜSULLARI

Dodaqlar bədənimizdəki ən həssas yerlərdən biridir. Sadəcə günəşə çıxaraq və ya yalayaraq həssas toxumasına zərər verə bilərik. Ailem.az yumşaq, sağlıqlı və baxımlı dodaqlara qovuşmaq üçün evdə tətbiq edə biləcəyiniz bir neçə üsul verir.

 

Mat dodaq boyasından qaçın

 

Son illərin sevimli trendi mat dodaq boyası dodaqları qurudur. Buna görə dünyaca məşhur instagram ulduzları mat boyalar vurmazdan qabaq qulluq və nəmləndiricilərdən istifadə edirlər.

 

Dodaq skrabından istifadə edin

 

Sağlıqlı dodaqlar üçün pilinq çox əhəmiyyətlidir. Ancaq turşulu skrablar əvəzinə təbii vasitələr tətbiq etməlisiniz. Şəkər tozunu kakosla qarışdırıb skrab olaraq istifadə edə bilərsiniz.

 

Dodaq yeniləyici resept

 

Sürətli nəticə üçün bu maskanı gecə tətbiq edib səhərə qədər saxlayın:

 

Bal

Kakao yağı

Zeytun yağı

 

Bu vasitələri qarışdırıb yatmazdan qabaq dodaqlarınıza vurun.  

 

Maye qəbul edin

 

Bədəninizi xaricdən nəmləndirmək kifayət etmir. Sağlıqlı bir dərinin ən əhəmiyyətli ünsürü nəmdir. Buna görə bol-bol su için.

 

Xiyar maskası

 

Xiyar sadəcə gözlərdə və dəridə deyil, dodaqlara da fayda verir. Nazik bir dilim xiyarı 5-10 dəqiqə dodaqlarınızın üzərinə qoyun. Qış ayları boyu bunu mütəmadi olaraq tətbiq edin.

 

 

 

 

 

 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018