Həkimdən gözlənilməz açıqlama: Pul boğaz ağrısı yaradır

Qızdırma, boğaz ağrısı və halsızlıq... Qış aylarında demək olar ki, hər kəs bu narahatlıqlardan şikayət edir. Hətta həftələrlə xəstəlikdən qurtulmaq mümkün olmur. Bəs bu infeksiyalar nədən yaranır və ondan necə qorunmaq olar?

Ailem.az qulaq-burun-boğaz, baş və boyun cərrahı Ahmet Altıntaşın bununla bağlı fikirlərini diqqətinizə çatdırır.

 

Əlinizi tez-tez yuyun

 

Həkim bildirir ki, pul və cib telefonu kimi vasitələr infeksiyanı yayır: “Dəyişikliyə uğrayaraq fərqli tiplərdə xəstəliklərə səbəb olan viruslar adətən eyni hava ilə nəfəs almaqla (damcı yolu ilə) asan şəkildə yoluxa bilər. İctimai yerlər və ictimai nəqliyyat yoluxma riskinin yüksək olduğu şəraitlərdir. Həmçinin istifadə etdiyimiz pullar, cib telefonlarımız infeksiyanı daşıyır. Adı hər nə olursa-olsun - donuz qripi, quş qripi və sair -başqa xəstəliklərdə ən əhəmiyyətli ünsür yoluxuculuğu azaltmaqdır. Bu da başda şəxsi gigiyena qaydalarına əməl etməklə mümkün ola bilər. Bu qaydaların ən başlıcası əlləri tez-tez yumaqdır. Xüsusilə xəstəlik şübhəsində yaxın təmasdan qaçmaq lazımdır və ictimai yerləri tez-tez havalandırmaq vacibdir”.

 

Dərhal antibiotik istifadə etməyin

 

A.Altıntaşın sözlərinə görə, yoluxucu xəstəliklər boğaz ağrısı, boğazda yanma, burun tıxanıqlığı, burun axıntısı, öskürək, çox yüksək olmayan qızdırma, halsızlıq, oynaq ağrıları kimi simptomlar yarada bilir. Bu şikayətlərlə qarşılaşdıqda antibiotik istifadə etmək həm xəstənin özü, həm də ümumi toplum sağlamlığı üçün son dərəcə yanlışdır: “Özbaşına antibiotik istifadə etmək bir çox antibiotikə müqavimətli bakteriyaların yaranmasına səbəb olur və ictimai sağlamlığı ciddi şəkildə hədələyir. Adi burun spreyi olsa belə, aptekdən özbaşına, reseptsiz dərman alıb istifadə etmək düzgün deyil. Həmçinin xəstələr internetdən yazı və məsləhətləri diqqətə alıb müalicə vasitələrinə bilgisiz şəkildə qərar verib tətbiq etməməlidir. Qızdırmanın 37.5 dərəcəni keçməsi, halsızlığın artması, xəstəliyin 5-7 gündən çox çəkməsi və digər əlamətlərlə qarşılaşdıqda mütləq həkimə müraciət edin. Unutmayın ki, sadə infeksiyalar ciddi narahatlıqlara çevrilə bilər, hətta immunitet sistemi zəif xəstələrdə ölümə də səbəb ola bilər. Yoluxucu xəstəlik nəticəsində yaranan infeksiyalar xroniki xəstəliyi olanlarda daha ciddi nəticələrə səbəb ola bilər. Məsələn, asyma kimi xroniki ağciyər xəstəliklərində daha ağır şəkildə özünü büruzə verə bilər. İmmuniteti tamamilə zəif adamlar isə mütləq xəstəxanada yatmalıdır”.

 

Yaxşı qidalanmaq lazımdır

 

Həkim deyir ki, xəstəliklərə səbəb olan viruslar şəklini dəyişdirə bilmə xüsusiyyətlərinə malikdir. Hər il fərqli şəkillərdə qarşımıza çıxır və istehsal olunan peyvəndlər də bu formaya görə hazırlanır: “Bu peyvəndlər daha öncə xəstəlik yaratmış virus tipinə qarşı qoruyuculuq təmin edir. Yeni yaranmış virus tipləri isə peyvənd olmağımıza rəğmən bizə təsir edə bilir. Ona görə də qış xəstəliklərindən qurtulmağın ən vacib qaydası yaxşı qidalanmaqdır. Bununla bərabər mütəmadi idmanla, kifayət qədər yuxu yatmaqla, stress və qayğıdan mümkün qədər uzaq duraraq immunitet sistemini sağlam tutmaqdır. Təbii və lazımi qədər qidalanırsınızsa, mövsümündə yetişən meyvə və tərəvəz yeyirsinizsə, həkiminiz tövsiyə etmədikcə əlavə vitamin və ya digər qida əlavələrindən istifadəyə ehtiyac yoxdur”.

 

Zəncəfilli qarışımı yoxlayın

 

Bütün tədbirlərə baxmayaraq xəstəlik əlamətləri başladısa, mütləq maye istifadəsini artırmaq və istirahət etmək lazımdır. Bitki və təbii vasitə tərkibli dərmanlarla hazırlanan təcrübi işlər kifayət olmadığından, bilinməyən dərman və məhsulların istifadəsindən qaçmaq lazımdır. Mütəxəssis qeyd edir ki, lazımsız antibiotik qəbul etməkdənsə, zəncəfil-limon qarışımını yoxlayın, burun spreyi yerinə soda istifadə edin, tərəvəz və meyvələri öz mövsümündə yeyin: “Evdə hazırlayacağınız zəncəfil, istiot, limon, bal qarışımını 2 dəqiqə qaynadıb gündə 3-4 stəkan içmək olar. Bir litr qaynamış suya atılacaq bir xörək qaşığı soda və bir xörək qaşığı duz qarışımı gündə 3-4 dəfə buruna çəkməklə tıxanıqlığı açmaq olur”.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018