SARIMSAQLI QATIQ: arıqladır, immuniteti möhkəmləndirir, qəbizliyi yox edir

Sarımsaqlı qatıq qədimdə yemək kimi deyil, müalicəvi vasitə kimi istifadə olunurdu.

Onun köməyi ilə soyuqdəymədən tutmuş qəbizliyə qədər bir çox pozulmaları müalicə edirdilər.

Sarımsaqlı qatıq həqiqətən çox yaxşı müalicəvi və profilaktik vasitə kimi isifadə oluna bilər.

 

Ailem.az saglamolun.az-a istinadən sarımsaqlı qatığın faydalı xüsusiyyətlərini təqdim edir:

 

- bağırsaq mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir

 

- qəbizliyi aradan qaldırır

 

- qurd əleyhinə təsir edir

 

- immun sistemini stimullaşdırır

 

- arıqlamağa kömək edir

 

- bağırsaqları təmizləyir

 

Gün ərzində 1 stəkan sarımsaqlı qatıq içmək çox faydalıdır. 1 diş sarımsağı sarımsağəzənlə əzin, 1 stəkan qatığa əlavə edin, qarışdırın, 1 saat saxlayın, sonra için. Qatığa xırda doğranmış şüyüd də əlavə etmək olar.

 

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı sarımsaqlı qatıq ziyanlı ola bilər.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018