Firəngiz Mütəllimova: “21-22 yaşımda ərə gedərdim...”

Xalq artisti Firəngiz Mütəllimova "Üç nöqtə"-nin layihəsində yarımçıq qalan sualları cavablandırıb.

Ailem.az xalq artistinin ixtisarla müsahibəsini təqdim edir:

 

- İndiki ağlım olsaydı...
 

- Elə bir ciddi səhvə yol verməmişəm, amma indiki ağlım olsaydı, valideynlərimin sözlərinə qulaq asardım, 21, 22 yaşımda ailə qurardım.

 

- Dünyanı dəyişmək imkanım olsaydı...
 

- Hazırda məni ən çox dünyada baş verən iqtisadi böhran, devalivasiya və dolların qalxıb-enməsi narahat edir. İmkanım olsaydı, bu dəyişikliklərin qarşısını alardım, stabil saxlayardım.

 

- Kişilər o qadınlara xəyanət etmir ki...
 

- Hissiyatı güclü olan və xəyanəti sevməyən xanımları kişilər aldada bilmir. Çünki onları itirməkdən qorxurlar.

 

- Seviləsi qadın olmağın ilkin şərti...
 

- Ağıllı olmaq lazımdır, eyni zamanda gözəl yemək bişirməyi bacarmalı və gülərüz olmalısan.

 

- Qadınlar göz yaşını ona görə gizlədir ki...
 

- Qürurlu olduqları üçün zəif cəhətlərini göstərmək istəmirlər.

 

- Qadına qarşı şiddət...

 

- Belə xəbərlər eşidəndə çox pis oluram. Allah qadını elə zərif yaradıb ki, ona qarşı şiddət cinayətdir.

- Təəssüf edirəm ki...
 

- Şuşanın və Qarabağın olmamağına təəssüf edirəm. Ata-baba yurdumu ancaq yuxularda görürəm, orada keçirdiyim günlər tez-tez xəyallarımda canlanır.

 

- Vanqa nənə ilə görüşsəydim...
 

- Vanqa yaşamır, görüşsəydim də, heç nə soruşmazdım, ancaq Allaha inanıram.

 

- Küsülü olduğum insana demək istəyirəm ki...
 

- Küsülü olduğum insan yoxdur.

 

- Tənhalıq insan üçün lənətdir, yoxsa...
 

- Lənət deyil, Allah hərəyə bir həyat yazıb, yazılan ömrü də yaşamalıyıq. Bu yazını heç kim poza bilməz. Təklikdən qorxmuram, əksinə rahat oluram.

 

- Kiminsə yalan danışdığını hiss edəndə...
 

- Baxıb gülümsəyirəm, ürəyimdə "Mənə də yox da" deyirəm.

 

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
 

- Hər kəs eyni olsaydı, həyat maraqsız olardı.

 

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
 

- Ümid edirəm.

 

- Günahlarım yadıma düşəndə...
 

- Böyük günah sahibi olmamşam, kiçik günahlarım olub. Hər axşam Allaha dua edirəm ki, mənim və ailə üzvlərimin günahlarını bağışlasın.

 

- Dostlarıma ən çox onu məsləhət görürəm ki...
 

- Qənaətcil olsunlar, özüm bədxərcəm, ən çox geyimə pul xərcləyirəm. Təəssüf ki, bu xasiyyətimi düzəldə bilmirəm.

 

- İlahi ədalətə inancımı o zaman itirdim ki...
 

- Heç vaxt itirməmişəm.

 

- Heç vaxt heç kimə icazə vermirəm ki...
 

- Mənə yalan danışsınlar.

 

- O zaman düşünmədən riskə gedirəm ki...
 

- Ümumiyyətlə, riskə getməyi sevirəm. Başqa çıxış yolum qalmayanda riskli addımlar atıram. Beyin əməliyyatı həyati təhlükə deməkdir, yaddaşımı itirə, hətta iflic ola bilərdim. Mən yenə də gülə-gülə əməliyyata girdim, nələrə qol çəkdim getdim... Şükürlər olsun ki, bu risk uğurla nəticələndi.

 

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
 

- Qoç bürcüyəm, ağlım yaxşı işləyir. Belə situasiyalarda ağlımı işlədirəm.

 

- Yaxşı gündə, pis gündə...
 

- Ailəm yanımda olsun.(publika)

 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018